Əvəzedici heyətlər arasında ölkə çempionatının XI turuna yekun vurulub. Fanat.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
"Qəbələ" evdə "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəlib. "Rəvan" isə "Bakı"nı qəbul edib. Hər komandanın bir penalti vurduğu oyun 2:2 hesabı ilə başa çatıb.
İkinci oyun günündə bir matç baş tutub. Günün yeganə oyununda "İnter" səfərdə AZAL-a 261 hesabı ilə qalib gəlib və liderliyini möhkəmləndirib.
Son iki oyun bu gün keçirilib. "Qarabağ" Lənkəranda "Xəzər Lənkəran"ı 3:2 hesabı ilə yenib. "Neftçi" isə "Simurq"a uduzub - 0:2.
Əvəzedici heyətlər
2013/14 mövsümü
XI tur
24 oktyabr
Qəbələ - Sumqayıt 2:1
Qollar: Ehtiram Şahverdiyev, 14; 68 - Bayram Nuruzadə, 10.
Rəvan - Bakı 2:2
Qollar: Ayaz Mehdiyev, 12. Vüsal Qarayev, 90+3-pen - Valeh Seyidov, 20. Rəhman Hacıyev, 32-pen.
25 oktyabr
AZAL - İnter 1:2
Qollar: Rəsul Babazadə, 30 - Mirsahib Abbasov, 48. Coşqun Diniyev, 79.
26 oktyabr
Xəzər Lənkəran - Qarabağ 2:3
Qollar: Kazım Kazımlı, 32. Zaman Mirzəzadə, 41 - Tural İsgəndərov, 39; 69. Qadir Həsənli, 73.
Simurq - Neftçi 2:0
Qollar: Oruc Balaşlı, 16; 61.
| 1 | İnter | 11 | 8 | 1 | 2 | 34-13 | 26 |
| 2 | Simurq | 11 | 5 | 4 | 2 | 18-11 | 19 |
| 3 | Qəbələ | 11 | 6 | 1 | 4 | 21-19 | 19 |
| 4 | Xəzər L | 11 | 5 | 2 | 4 | 18-14 | 17 |
| 5 | Neftçi | 11 | 4 | 4 | 3 | 18-21 | 16 |
| 6 | Qarabağ | 11 | 4 | 3 | 4 | 16-21 | 15 |
| 7 | Rəvan | 11 | 3 | 5 | 3 | 19-16 | 14 |
| 8 | Bakı | 11 | 2 | 7 | 2 | 16-18 | 12 |
| 9 | AZAL | 11 | 2 | 2 | 7 | 13-27 | 8 |
| 10 | Sumqayıt | 11 | 1 | 2 | 8 | 11-24 | 5 |
Bombardirlər: Nurxan Mənsimzadə (İnter), Cavid Muxtarzadə (Neftçi), Raul Yaqubzadə (Bakı) - 8. Mirsahib Abbasov (İnter), Tural İsgəndərov (Qarabağ) - 7.
Fanat.az