"Qalatasaray" Azərbaycan çempionunu transfer etdi

"Qalatasaray" Azərbaycan çempionunu transfer etdi

"Qalatasaray"ın növbəti transferi Azərbaycan çempionu olub.

Fanat.Az xəbər verir ki, Bolqarıstan millisinin 26 yaşlı voleybolçusu Dobriana Rabadjiyeva artıq "Qalatasaray"ın voleybol komandasında formasını geyəcək.

O, klubla bir illik müqavilə bağlayıb. Dobriana "Qalatasaray"a transfer edilməmişdən öncə İsveçrənin "Volero" klubunun şərəfini qoruyurdu.

Qeyd edək ki, o 2011-2013-cü illərdə isə Bakının "Rabitə" klubunda oynayıb və bu komandanın heyətində 2 dəfə Azərbaycan, 1 dəfə isə klublararası dünya çempionatının qalibi olub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər