"Premyer Liqa məşqçiləri" "Neftçi" 2000-lər"i üstələdi

"Premyer Liqa məşqçiləri" "Neftçi" 2000-lər"i üstələdi

Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə ölkə futbolunun əfsanələri arasında oyun keçirilib.

Fanat.Az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan “Legends Cup”da “Neftçi 2000-lər” və “Premyer Liqa məşqçiləri” üz-üzə gəliblər.

Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb.

“Premyer Liqa məşqçiləri”nin heyətində Əfran İsmayilov (31) fərqlənib. "Neftçi 2000-lər"in qolunu isə Rəşad Sadiqov (45) vurub.

Görüşün taleyi penaltilər seriyasında həll olunub.

Burada dəqiq oynayan (3:2)  “Premyer Liqa məşqçiləri" komandası “Legends Cup” un qalibi olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər