"Portu"nun yeni "brilliant"ları

"Portu"nun yeni "brilliant"ları
Son illərdə futbol satışından böyük qazanc əldə edən "Portu" 2 yeni ulduzunun hesabına kassasını doldurmaq istəyir. Fanat.az xəbər verir ki, Portuqaliyalı klubu yayda Cekson Martines və Eliaquim Manqalanı böyük məbləğə satmaq niyyətindədi.
Hücum xəttində problemlər olan "Çelsi"nin hədəfində olan Martinesin 30 milyon avro dəyərində olduğu deyilir. Lakin "Portu" bu məbləğə razı deyil. "Çelsi" isə kolumbiyalı futbolçunun transferi üçün 50 milyon ayırmaq niyyətindədi. 
Bir neçə İngiltərə klubununu maraq dairəsində olan Manqalaya isə 23 milyon avro qiymət qoyulub. Amma "Portu" bu futbolçudan ən azı 40 milyon avro qazanmaq istəyir.
Qeyd edək ki, "Portu" Çempionlar Liqasını ilk dəfə qazandığı mövsümün sonunda Rikardo Karvalyonu 30, Paulo Ferreyranı 20 milyon avroya "Çelsi"yə, Dekonu 21 milyon avroya "Barselona"ya satmışdı. 3 il sonra klubun hər mövsümün sonunda yüksək transfer haqqı qarşılığında futbolçularını satmağa başladı. Bu müddətdə Pepe "Real"a 30, Anderson "Mançester Yunayted"ə 31.5, Rikardo Kuareşma 24.5, Joze Boşinqva "Çelsi"yə 20.5, Lisandro Lopes "Olimpik"ə (Lion) 24, Bruno Alveşlə Halk "Zenit"ə 77, Radamel Falkao "Atletiko"ya 47, Ceyms Rodriguezlə Joao Moutinho "Monako"ya 70 milyon avro qarşılığında transfer olunub. Bu transferlər "Rortu"ya 395,5 milyon avro qazandırıb. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər