Ardıcıl 3 dəfə çempion olduqdan sonra bu mövsüm Portuqaliya çempionatında 3-cü olan və Avropa Liqasında mübarizəni 1/4 finalda dayandıran "Portu"nun yeni baş məşqçisi müəyyənləşib. Fanat.az xəbər verir ki, rəhbərlik komandanı ispan mütəxəssis Julen Lopeteguiyə tapşırıb.
"Portu"nun baş məşqçisi Paulo Fonseka mart ayında istefaya göndərilmişdi. Komandaya mövsümün sonunadək müvəqqəti olaraq Luis Kastro başçılıq edib. "Portu" yeni baş məşqçisi ilə 3 illik müqavilə imzalayıb.
Futbolçu karyerası ərzində "Real" və "Barselona"da qısa müddətdə çıxış etmiş Julen Lopetegui məşqçi karyerasına 2003-cü ildə "Rayo Vallekano"da başlayıb. 2008/09 mövsümündə "Real"ın B komandasına başçılıq etmiş 47 yaşlı mütəxəssis 2010-cu ildən İspaniyanın U-19, U-20 və U-21 yığmalarını çalışdırıb. O, U-19 və U-21-i Avropa çempionu edib.
Fanat.az