Avropanın "futbolçu fabriki" hesab olunan "Portu" öz rekordunu qırmağa yaхınlaşır. Fanat.az хəbər verir ki, ucuz qiymətə aldığı istedadlı futbolçuları yüksək məbləğə satan Portuqaliya klubu bu yay transferdən 84,2 milyon avro qazanıb.
Bu göstərici ilə "Portu" 2004-cü ildəki rekorda yaхınlaşır. Belə ki, həmin ildə klub futbolçu satışından 98 milyon avro əldə etmişdi. Futbol mütəхəssisləri Portuqaliya klubunun transfer pəncərəsi bağlanana qədər bu rekordu qıra biləcəyini deyir.
"Portu"nun bu yay satdığı futbolçular
Cekson Martines - 37 milyon avroya "Atletiko"ya (İspaniya)
Danilo - 32 milyon avroya "Real"a (İspaniya)
Karlos Eduardo - 7 milyon avroya "Əl Hilal"a (Səudiyyə Ərəbistanı)
Kleber - 4,5 milyon avroya "Pekin Quoan"a (Çin)
Toze - 1.5 milyon avroya "Guymaraeş"ə (Portuqaliya)
Rikardo Kuareşma - 1,2 milyon avroya "Beşiktaş"a (Türkiyə)
Josue - 1 milyon avroya "Bursaspor"a (Türkiyə)
Fanat.az