"Portu" Kamrana debüt oyununda 3 qol "hədiyyə etdi"

"Portu" Kamrana debüt oyununda 3 qol "hədiyyə etdi"

Portuqaliya çempionatında VI tura start verilib. Fanat.Az xəbər verir ki, Kamran Ağayevlə Emin Mahmudovun çıxış etdiyi "Boavişta" "Portu"nun qonağı olub.

Kamran Ağayev meydana start heyətində çıxıb və 90 dəqiqə oynayıb. Bu onun Portuqaliya klubunda ilk oyunu olub. Emin Mahmudovun adı isə "18-liy"ə salınmayıb.

"Boavişta" 5-ci dəqiqədə Nuno Enrikenin qolu ilə hesabda önə keçsə də, 3 qol buraxaraq məğlub olub - 3:1. Kamran Ağayevi Portuqaliyada ilk dəfə məyus edən futbolçu Portuqaliya millisinin 20 yaşlı hücumçusu Andre Silva olub. 19-cu dəqiqədə fərqlənən futbolçu 41-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək dubl edib. Üçüncü qolu isə 87-ci dəqiqədə "Qalatasaray"ın sabiq üzvü Aleks Telles vurub.

Qeyd edək ki, "Portu" 6 turdan sonra 13 xalla turnir cədvəlinə başçılıq edir, "Boavişta" 5 xalla 12-ci pillədə qərarlaşıb.

"Portu" Kamrana debüt oyununda 3 qol "hədiyyə etdi"

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər