"Portuqaliya və Azərbaycan çempionatı arasında böyük fərq yoxdu"

"Portuqaliya və Azərbaycan çempionatı arasında böyük fərq yoxdu"

“Zirə”nin sabiq hücumçusu, hazırda Portuqaliyanın “Nasional” klubunda çıxış edən  Nelson Bonilya Salvador mətbuatına müsahibə verib. Fanat.Az xəbər verir ki, futbolçu Azərbaycan və Portuqaliya çempionatlarını müqayisə edib:

"Avropa ölkələrinin çempionatları məhz intensivlik baxımından seçilir. Bu mənada, Portuqaliya Premyer Liqası Azərbaycan çempionatından 1-2 addım öndədi. Belə götürəndə, elə də böyük fərq yoxdu. Çünki Azərbaycanı Çempionlar Liqası və Avropa Liqasında layiqincə təmsil edən komandalar var. Yeni ölkəyə uyğunlaşmaq baxımından futbolçu bəzən çətinliklə üzləşir. Amma Allaha şükürlər olsun ki, mən Azərbaycanda uyğunlaşma prosesini rahat keçdim. Portuqaliyada isə bir qədər mübarizə aparmalı oldum, uyğunlaşma prosesini davam etdirirəm. Çalışacam ki, komandaya daha çox fayda verim və turnir cədvəlində qərarlaşdığımız mövqedən xilas olaq".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər