"Portuqaliya dünyanın ən güclüsü deyil" – Fernandu Santuş

"Portuqaliya dünyanın ən güclüsü deyil" – Fernandu Santuş

"Oyun çətin keçəcəyini bilirdik. Amma biz öz gücümüzə inanırdıq. Uels güclü komandadır. Onların baş məşqçisi Kris Koulman möhtəşəm işlər gördü. Futbolçularım Uelsin müqavimətini qırdılar və gözəl qollar vurdular".

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş "Avro-2016"nın yarımfinalında Uelslə oyundan (2:0) sonra deyib.

O, Portuqaliyanın dünyanın ən güclü komandası olmadığını bildirib:

"Ancaq bizim silahlarımız var. Onlardan istifadə edirik. Uels əvvəlki rəqiblərimizdən çox fərqlənirdi. Onların güclü hücumçuları var idi".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər