"Panatinaikos" Bakıya hansı heyətlə gəlir?

"Panatinaikos" Bakıya hansı heyətlə gəlir?

"Panatinaikos"un Bakıya gələcəyi heyət açıqlanıb. Fanat.az хəbər verir ki, Yunanıstan klubu ölkəmizə 20 futbolçu ilə gəlir.

"Panatinaikos"un heyətində 3 qarıçı, 6 müdafiəçi, 8 yarımmüdafiəçi, 3 hücumçu yer alıb. "Qəbələ"nin rəqibi "Nyukasl"dan 1 milyon avroya transfer etdiyi Mehdi Abedini də paytaхtımıza gətirir. Əvəzində Kostas Triantafillopulos, Serxio Sançes, Xristos Burbos, Maykl Essyen və Viktor Klonaridis heyətdə yer almayıb.

Qeyd edək ki, “Qəbələ” - “Panatinaikos” oyunu sabah “Bakcell Arena”da keçiriləcək və saat 21.00-da başlayacaq.

 

Qapıçılar: 1. Stefanos Kotsolis, 15. Luk Stil, 45. Nikos Yannakopulos.

Müdafiəçilər: 3. Diamantis Koçumis, 20. Statis Tavlaridis, 21. Nano, 4. Georgios Kotrumbis, 12. Nikos Marinakis, 25. Rasmus Telander.

Yarımmüdafiəçilər: 8. Tassos Laqos, 10. Zeka, 11. Yens Vemmer, 32. Daniel Pranyiç, 14. Abdul Ayaqun, 17. Robin Lod, 23. Nikos Kaltsas, 29. Sotiris Ninis.

Hücumçular: 9. Markus Berq, 19. Nikos Karelis, 33. Mladen Petriç.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər