"Oyun hələ bitməyib, bu, yalnız fasilədir" - "Çelsi"nin futbolçusu azarkeşlərə səsləndi

"Oyun hələ bitməyib, bu, yalnız fasilədir" - "Çelsi"nin futbolçusu azarkeşlərə səsləndi

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində bu gecə səfərdə PSJ-yə 2:5 hesabı ilə uduzan "Çelsi"nin"nin müdafiəçisi Ris Ceyms  matçın ardından fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "zadəganlar"ın rəsmi saytı belə çatdırıb:

"Bu, Çempionlar Liqasıdır. Burada nə desən, ola blər. Tarixdə çox komandalar ikinci oyunda böyük fərqi aradan qaldırıblar.

Nəticəni unutmalı və irəli baxmalıyıq. Parisdəki oyun bizim istədiyimiz kimi alınmadı, lakin bu, hələ ilk matçdır! Məğlubiyyətdən çox şey öyrənmək olar. Cütün taleyi hələ məlum deyil. "Çelsi" azarkeşləri üçün bir daha qeyd edirəm: oyun hələ bitməyib, bu, yalnız fasilədir. İkinci görüşdə bütün gücümüzü meydanda qoyacağıq".

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər