"Məncə, Osimhenin "Çelsi"yə keçmək ehtimalı 60-ın 40-adır".
Fanat.Az "beINSPORTS"a istinadən xəbər verir ki, bunu Nigeriya millisinin və "Çelsi"nin sabiq yarımmüdafiəçisi Con Obi Mikel deyib.
O, "Napoli"nin formasını geyinən həmyerlisini - Viktor Osimheni "zadəganlar"a qoşulmağa səslədiyini vurğulayıb:
"Fikrimcə, Viktor gəlmək istəyir. Ona bir neçə mesaj yazdım, "Çelsi"nin böyük klub, Londonun inanılmaz şəhər olduğunu bildirdim. Hə, Osimhen başqa nigeriyalıların izi ilə addımlamaq, "Çelsi"də oynamaq istəyər".
Qeyd edək ki, daha öncə mətbuatda Neapol klubu ilə London təmsilçisinin bu transferi reallaşdırmağa çalışdıqları, lakin hələ məbləğ məsələsində razılığa gələ bilmədikləri barədə məlumatlar yayılıb.
Nihat