"Orhus"u mübarizədən kənarlaşdıran "Sabah" milyonlar qazandı - MƏBLƏĞ

"Orhus"u mübarizədən kənarlaşdıran "Sabah" milyonlar qazandı - MƏBLƏĞ

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Danimarka təmsilçisi "Orhus"u mübarizədən kənarlaşdıran (1:2, 4:0) "Sabah"ın qitənin ən nüfuzlu klub turnirinin pley-off mərhələsinə yüksəldiyi üçün nə qədər qazandığı bəlli olub.

 Fanat.Az xəbər verir ki, "bayquşlar" UEFA Avropa Liqasının əsas mərhələsini təmin etdikləri üçün artıq 4 milyon 310 min avro (təxminən 8,5 milyon manat) qazanıblar.

Bundan başqa, İsrail komandası "Hapoel Beer-Şeva"nı üstələmək mümkün olmasa belə, Azərbaycan çempionu pley-offda mübarizə apardığına görə büdcəsinə daha 4 milyon 290 min avro (təxminən 8,4 milyon manat) köçürüləcək. Bu isə o deməkdir ki, "çəhrayı-qaralar" artıq 8 milyon 600 min avro (təxminən 16,9 milyon manat) əldə ediblər. 

Yəhudiləri keçmək arzusu reallaşsa, Masazır klubuna ÇL-in əsas mərhələsinin iştirakçısı qismində 18 milyon 620 min avro (təxminən 36,5 milyon manat) veriləcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər