"Orhus" ilə oyun ərəfəsində "Sabah"da üzlər gülür

"Orhus" ilə oyun ərəfəsində "Sabah"da üzlər gülür

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Danimarka "Orhus"u ilə üz-üzə gələcək "Sabah"ın heyəti ilə bağlı son vəziyyət bəlli olub.

Klubun sözçüsü Elnur Həmidovu Fanat.Az-a verdiyi məlumata görə, hazırda "bayquşlar"ın sıralarında cəzalı və ya zədəli futbolçu yoxdur.

O, Valdas Dambrauskasın baş məşqçi olduğu kollektivin Danimarka təmsilçisi ilə ilk oyuna tam heyətlə hazırlaşdığını bildirib.

Avqustun 5-də Rannersdə "Cepheus Park"da baş tutacaq "Orhus" - "Sabah" matçının start fiti 20:30-da səsləndiriləcək.

Qeyd edək ki, "Sabah" ilk təsnifat mərhələsində iki oyunun nəticəsinə əsasən Uelsin TNS klubunu (2:0, 2:1), ikinci raundda isə Finlandiya təmsilçisi "KuPS"u (1:0, 2:0) mübarizədən kənarlaşdırıb. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər