"Ordu" Qəbələdə bu komanda ilə sınaq matçına çıxacaq

"Ordu" Qəbələdə bu komanda ilə sınaq matçına çıxacaq

Yeni mövsümdə yüksək hədəflər uğrunda mübarizə aparmağı qarşısına məqsəd qoyan 1-ci Liqa təmsilçisi "Ordu" çempionatın hazırlıqlarını davam etdirir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "hərbçilər" avqustun 24-də sınaq matçı keçirmək üçün "Mingəçevir"ə müraciət etsələr də, bu görüş baş tutmayacaq.

İlham Yadullayevin çalışdırdığı kollektivin yoxlama görüşlərindən birinin hansı rəqibə qarşı olacağı dəqiqləşib. Sözügedən kollektiv avqustun 21-də Qəbələdə digər 1-ci Liqa komandası "Şəfa" ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Ordu" ötən mövsüm 1-ci Liqadakı mübarizəni 30 xalla 6-cı yerdə başa vurub.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər