"Onun taleyinə sabah aydınlıq gələcək"- soydaşımız bəyəniləcəkmi?

"Onun taleyinə sabah aydınlıq gələcək"- soydaşımız bəyəniləcəkmi?

“Baş məşqçisi Roman Qriqorçuk düşərgədə olan Ramazan İsayev haqda sabahkı oyundan sonra yekun qərarını verəcək”. Bu sözləri Fanat.Az-a açıqlamasında “Qəbələ”də əsas komandanın meneceri qismində fəaliyyət göstərən Səbuhi Səfiyarlı deyib.

Klub rəsmisi İsayevin milliyətcə azərbaycanlı olduğunu bildirib: “Ramazan Dağıstan azərbaycanlısıdı. Bəyənilsə, onunla müqavilə bağlayacağıq. Hər şey baş məşqçinin qərarından asılıdı”.

Yeri gəlmişkən,  “Qəbələ” sabah Antalya toplanışı çərçivəsində son sınaq matçına çıxacaq. “Qırmızı-qaralar”ın sayca 4-cü oyundakı rəqibi Makedoniya “Şkendiya”sıdı.  Görüş Bakı vaxtı ilə saat 18.00-da başlayacaq.  

Təmsilçimiz daha əvvəl Albaniyanın “Partizani” (1:2), Rumıniyanın “Qaz Metan” (1:0) və Qazaxıstanın “Ordabası” (0:0) klublarıyla gücünü sınayıb.

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər