"Nyukasl" bizdən üstün, bizdən güclü idi" - Ruben Amorim

"Nyukasl" bizdən üstün, bizdən güclü idi" - Ruben Amorim

İngiltərə Premyer Liqasının 32-ci turunda rəqib meydanında "Nyukasl"a 1:4 hesabı ilə uduzan "Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim məğlubiyyəti şərh edib.

Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssisin sözlərini "qırmızı şeytanlar"ın rəsmi saytı belə çatdırıb:

"Biz çoxlu səhvlər etdik. "Nyukasl" bizdən üstün, bizdən güclü idi. İkinci hissənin əvvəlində buraxdığımız ikinci qol bizi həqiqətən sarsıtdı. Həmin qoldan sonra ardıcıl səhvlərə yol verdik ki, bu da "Nyukasl"ın qalib gəlməsinə kömək etdi.

Biz komanda şəklində çoxsaylı xətalara yol veririk. Bəzi oyunlardakı səhvlərimiz rəqibə inam, qol fürsəti verir. Vəziyyət çətinləşəndən sonra hər şeyin öhdəsindən gəlmək problemə çevrilir. İlk dəfə bizim şansımız oldu, amma qol vurmadıq... Daha sonra onların şansı oldu, vurdular və oyuna nəzarəti ələ keçirdilər. Hesabı bərabərləşdirsək də, ikinci hissədə əziyyət çəkirdik". 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər