"Növbəti hədəf Çempionlar Liqasıdı"- Tahir Gözəl

"Növbəti hədəf Çempionlar Liqasıdı"- Tahir Gözəl

“Oyun çox gərgin başladı. Komandalar başabaş mübarizə apardı”. Fanat.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl deyib. 


Naxçıvanda baş tutan final oyunundan sonra fikirlərini bölüşən klub rəsmisi sevincli olduğunu bildirib: “Qarabağ”ı dəstəkləmək üçün bura gələn azarkeşlərimizi təbrik edirəm. Naxçıvan xalqının dəstəyi, ab-hava əla idi. Təşkilatçılığa görə Vasif Talıbova minnətdarlığımı bildirirəm. Əlbəttə ki, sevincliyik. Oyunun ikinci hissəsində temp yüksəldi. Komandamızın ikinci qolundan sonra rahatlaşdım. Hesab edirəm ki, “Qarabağ” bu gün tarix yazdı. Azərbaycanda ilk dəfədi ki, bir komanda ardıcıl 3 mövsüm “qızıl dubl” edir. Bu, böyük bir tarixdi, nailiyyətdi”.

 

Gələn mövsümlə bağlı hədəflərindən də söz açan klub rəhbəri məqsədlərinin Çempionlar Liqasının qrup mərhələsinə adlamaq olduğunu vurğulayıb: “Bundan sonrakı hədəf Çempionlar Liqasında uğurlu iştirakdı. Üç dəfə qapını döymüşük, alınmayıb. Həmişə də qapını döyəcəyik. Avropa qarşısında ciddi bir komanda görəcək. Baş məşqçimizə transfer seçimlərində uğurlar arzu edirəm. İnanıram ki, ən uğurlu oyunçuları seçəcək”.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər