Premyer Liqanın XIV turunda "İnter"lə qarşılaşacaq "Neftçi" hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, baş məşqçi Nazim Süleymanov paytaxt derbisində bütün futbolçuların xidmətindən yararlana bilməyəcək.
Belə ki, zədəli Denis Silva "İnter"lə oyunu kənardan izləyəcək. Əvəzində "Bakı" ilə oyunda xəsarət alan kapitan Rəşad Sadiqov və "Xəzər Lənkəran"la Superkubok oyununda beyni silkələnan Karlos Kardozo artıq meydana çıxmağa hazırdı.
Fanat.az