"Neftçi"nin veteranları AFFA-nın işçilərinə qalib gəldi

"Neftçi"nin veteranları AFFA-nın işçilərinə qalib gəldi

Bu gün Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, görkəmli idman xadimi, əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqçisi, dörd dəfə SSRİ çempionu, professor Ələkbər Məmmədovun 85 illik yubileyi münasibətilə AFFA və Futbol Veteranları İttifaqının təşkilatçılığı ilə xatirə tədbiri keçirilib. Fanat.az xəbər verir ki, AFFA-nın əməkdaşları, futbol veteranları, idman ictimaiyyətinin nümayəndələri Ələkbər Məmmədovun məzarını ziyarət ediblər.

Daha sonra isə "Bayıl Arena"da yoldaşlıq oyunu təşkil olunub. “Neftçi”nin veteranlarından ibarət komanda ilə Azərbaycan milli yığma komandalarında çalışan məşqçilərdən və AFFA-nın əməkdaşlarından təşkil olunmuş komanda arasında keçirilən oyun birincilərin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Veteranların qollarını het-trikə imza atan Musa Qurbanov və Vəli Qasımov vurub. Qarşı tərəfin qollarından birinin müəllifi isə Nazim Süleymanov vurub.

Qeyd edək ki, Azərbaycan yığma komandalarında çalışan məşqçilərdən və AFFA-nın əməkdaşlarından təşkil olunmuş komandada baş katib Elxan Məmmədovla yanaşı, Təbriz Həsənov, Faiq Əzizov, Nazim Süleymanov və Şahin Diniyev də yer alıb. Veteranların heyətində isə Vəli Qasımov, Musa Qurbanovla yanaşı Oqtay Abdullayev, Elmar Baxşiyev forma geyib.

Qarşılaşmanın əsas millimizin baş məşqçisi Robert Prosineçki də izləyib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər