İstanbul İdman Prokurorluğu ötən ilin noyabr ayında baş tutan "Eyüpspor" - "Altayspor" matçında düşən dava ilə bağlı istintaqı yekunlaşdırıb. Fanat.az xəbər verir ki, prokuror Taner Tabel artıq 9 şübhəli ilə bağlı iddianamə hazırlayıb.
İddianamədə göstərilir ki, dava "Altayspor"da çıxış edən sabiq "Fənərbaxça"lı Serkan Akının "Eyüpspor"lu Ereni təhqir etməsi ilə başlayıb. Daha sonra davaya digər futbolçular və ailələri də qoşulub. Serhat Akın əlinə götürdüyü çəkiclə rəqib komandadan Tayfun Taner və "Neftçi"nin sabiq üvzü Ali Cansuna hücum edib. Tayfunun başına vuran futbolçu Cansunun sinəsinə zərbə endirib.
Serhatın istifadə etdiyi çəkici soyuq silah adlandıran prokuror Serkan Akın, Ali Cansun, Ozan Yaprak, Tayfun Taner, Gökhan Ant, Abdullah Aydın, Emre Aydın və Murat Şahini şübhəli şəxslər qismində məhkəmə qarşısına çıxararaq həbslərini istəyəcək.
Qeyd edək ki, Ali Cansun 2008/09 mövsümündə ölkəmizdə çıxış edib.
Fanat.az