"Neftçi"nin sabiq futbolçusu yeni mövsümə "Ordu"da başlayacaq

"Neftçi"nin sabiq futbolçusu yeni mövsümə "Ordu"da başlayacaq

Yeni mövsümdə 1-ci liqanın qalibi olmağı hədəfləyən "Ordu" (əvvəlki MOİK) heyətini formlaşdırmaq istiqamətində çalışmalarını davam etdirir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, daha bir futbolçunun karyerasını "hərbçilər"in sıralarında davam etdirəcəyi dəqiqləşib.

Bu, ötən mövsüm də "Ordu"nun formasını geyinmiş sağ cinah müdafiəçisi Elton Əlibəylidir. "Neftçi"yə məxsus futbolçu "ağ-qaralar"dan ayrılaraq 1-ci Liqa komandası ilə daimi əsasda müqavilə bağlayıb.

Qeyd edək ki, "Ordu" ötən mövsüm 1-ci Liqadakı mübarizəni 30 xalla 6-cı yerdə başa vurub.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər