"Neftçi"nin rəqibi güclənir

"Neftçi"nin rəqibi güclənir

UEFA Çempionlar Liqasında "Neftçi"nin rəqibi olan Albaniyanın "Skenderbeu" klubu heyətini gücləndirir. Qol.Az-ın məlumatına görə, Albaniya təmsilçisi yaxın günlərdə 3 hücumçu ilə müqavilə bağlaya bilər.Həmin futbolçular isə irlandiyalı Billi Mehmet, argentinalı Nestor Martinen və xorvatiyalı Ante Mitroviçdir. Hər üç futbolçu ilə danışıqlar gedir. Əvəzində komanda bir hücumçusu Pero Pejiçlə yollarını ayıracaq. Klubun prezidenti Ardian Takaj artıq xorvatiyalı forvard Pejiçin gedişinə razılıq verib. Takaj komandası maliyyə problemi ilə üzləşdiyindən bu addımı atdığını bildirib. Qeyd edək ki, Tofiq Bəhramov stadionunda keçiriləcək "Neftçi" - "Skenderbeu" matçı iyulun 17-də, saat 21:00-da başlayacaq.

 İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər