"Neftçi"nin "Zirə" ilə oyuna neçə itki ilə çıxacağı bəlli oldu

"Neftçi"nin "Zirə" ilə oyuna neçə itki ilə çıxacağı bəlli oldu

Misli Premyer Liqasının 3-cü turunda "Zirə"nin qonağı olacaq "Neftçi"nin meydana neçə itki ilə çıxacağı dəqiqləşib.

Klubun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, heyətdə cəzalı futbolçu yoxdur.

Bir müddət kənarda qalan ingiltərəli forvard Bassala Sambunun artıq sıraya döndüyü, "qartallar"la oyunda yalnız zədəli hücumçu İqor Ştoqrinin oynamayacağı bildirilib. 

Qeyd edək ki, "Zirə" - "Neftçi" qarşılaşması avqustun 30-da keçiriləcək.  Zirə İK stadionunda keçiriləcək görüşün start fiti 20:15-də səsləndiriləcək. Hər iki komandanın hazırda 6 xalı var. Tərəflər turnir cədvəlində 1-2-ci yerləri bölüşürlər.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər