"Neftçi"nin huşunu itirən futbolçusunun son durumu

"Neftçi"nin huşunu itirən futbolçusunun son durumu
Dünən "Xəzər Lənkəran"la oyunda ağır zədə alan və huşunu itirən "Neftçi"nin futbolçusu Karlos Kardoso hazırda özünü yaxşı hiss edir. Fanat.az xəbər verir ki, kəll-beyin tramvası diaqnozu ilə Naxçıvanda xəstəxanaya yerləşdirilən braziliyalı artıq Bakıya gətirilib.
Dünən gecə saatlarında xəstəxanadan buraxılan Kardoso indi özünü yaxşı hiss edir. Braziliyalı futbolçu müalicəsini Bakıda davam etdirəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər