"Neftçi"nin hücumçusu Şimali İrlandiya ilə oyunda nə ilə yadda qaldı?

"Neftçi"nin hücumçusu Şimali İrlandiya ilə oyunda nə ilə yadda qaldı?

DÇ-2026-nın seçmə mərhələsinin 6-cı turunda Lüksemburq yığması səfərdə Şimali İrlandiya millisi ilə qarşılaşıb.

Fanat.Az xəbər verir ki, oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Neftçi"nin hücumçusu Alessio Kurçi şərəfini qoruduğu millinin məğlubiyyətini ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, A qrupunda yer alan Lüksemburq seçmə mərhələdəki mübarizəni sonuncu - 4-cü yerdə başa vurub. Sözügedən kollektiv xal qazana bilməyib.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər