"Neftçi"nin futbolçusu kəllə-beyin zədəsi aldı

"Neftçi"nin futbolçusu kəllə-beyin zədəsi aldı

"Neftçi"nin futbolçusu Karlos Kardoso zədələnib. Fanat.az xəbər verir ki, 68-ci dəqiqədə hesabı bərabərləşdirən braziliyalı Mbilla Etame ilə toqquşmadan sonra yerdə qalıb.

Kardosoya ilkin tibbi yardım stadionda göstərilib. Daha sonra isə futbolçu təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Aldığımız məlumata görə, braziliyalının vəziyyəti ağırdı. Kəllə-beyin zədəsi alan Kardoso Naxçıvanda qalaraq müalicə olunacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər