Özbəkistan yığmasının heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, Asiya Kubokunun seçmə mərhələsində mübarizəni davam etdirən komandanın heyətinə "Neftçi"nin forvardı Bahodir Nasimov da dəvət alıb.
Nasimov Vyetnam və Honkonqla oyunlarda iştirak etmək şansı qazanıb. Forvard noyabrın 11-də Daşkəndə yollanaraq yığmanın düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, özbəklərin Vyetnamla oyunu noyabrın 15-də, Honkonqla qarşılaşma isə ayın 19-da keçiriləcək.
Fanat.az