"Mən komandanı izləyirdim. Amma kənardan hər şey asan görünür. Komandanın daxilində olduqda isə çox şeyin fərqli olduğunu görürsən. Bizə ilk növbədə müəyyən çatışmazlıqları aradan qaldırmaq lazımdı. Məsələn, heyətlə bağlı. Boşluqlar az deyil". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni baş məşqçisi Nazim Süleymanov deyib.
Dünən komandaya baş məşqçi təyin olunan mütəxəssis "Neftçi"nin daha çox hücum etməsini istəyir: "Mən komandanın daha çox hücum etməsini, daha çox qol vurmasını, daha sürətli oynamasını istəyirəm. Bunun üçün də çox işləmək lazımdı".
Fanat.az