"Neftçi" futbol klubunun sərnişin avtobusu cümə axşamı "Hyundai" markalı minik avtomobili ilə toqquşub. Fanat.az xəbər verir ki, bu barədə "Trend"ə hadisənin şahidləri məlumat verib.
Şahidlərin sözlərinə görə, qəza Heydər Əliyev hava limanı yaxınlığında baş verib. Qəza nəticəsində hər iki avtomobil deformasiya olub, xəsarət alan yoxdu.
Fanat.az