"Neftçi"dən ayrılan alman Şeydayevin sabiq klubuna keçdi

"Neftçi"dən ayrılan alman Şeydayevin sabiq klubuna keçdi

"Neftçi"nin mövsümün sonunda yollarını ayırdığı müdafiəçi Robert Bauer özünə yeni komanda tapıb. 

Fanat.Az xəbər verir ki, almaniyalı futbolçu karyerasını Tailandda davam etdirəcək. 

O, vaxtilə Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted”ə keçib. Tailand klubu Bauerlə müqavilə imzaladığını rəsmən açıqlayıb.

"Neftçi"dən ayrılan alman Şeydayevin sabiq klubuna keçdi

Qeyd edək ki, Robert Bauer 2024-cü ilin yayında "ağ-qaralar"a keçmişdi. Paytaxt təmsilçisi iyunun 4-də onunla müqaviləni qarşılıqlı razılıq əsasında ləğv etdiyini açıqlayıb. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər