"Neftçi"dən ayrılan Abubakarın yeni klubu bəlli oldu - RƏSMİ

"Neftçi"dən ayrılan Abubakarın yeni klubu bəlli oldu - RƏSMİ

“Neftçi”dən ayrılan Vensan Abubakarın komandası bəlli olub.

Fanat.Az xəbər verir ki, kamerunlu hücumçu karyerasını Türkiyədə davam etdirəcək.

34 yaşlı oyunçu “Bodrumspor”la anlaşıb. Forvard ilə 1+1 illik müqavilə imzalanıb.

İnformasiyanı klubun mətbuat xidməti yayıb.

2025-ci ilin oktyabrında “Neftçi”yə transfer olunan futbolçu “ağ-qaralar”ın heyətində 18 matça çıxaraq, 9 qol vurub.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər