Hazırlığını davam etdirən "Neftçi" əvəzedici komanda ilə yoxlama xarakterli oyun keçirib. Fanat.az xəbər verir ki, qarşılaşma İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutub.
Oyun əsas heyətin 4:1 hesablı qələbəsi ilə nəticələnib. Əsas heyətin üzvlərindən Flavinyo və Denis Silva zədə səbəbindən matçda iştirak etmədiklərindən yüngül qaçışla kifayətləniblər.
Fanat.az