"Neftçi" yunanıstanlı mütəxəssislə müqavilə imzaladı

"Neftçi" yunanıstanlı mütəxəssislə müqavilə imzaladı

"Neftçi" basketbol komandası yunanıstanlı mütəxəssis Konstantinos Vasiliadis ilə müqavilə imzalayıb.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, sözləşmə müddəti 2026/2027 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Bununla belə, mövsümün sonunda müqavilə müddətinin uzadılması məsələsi dəyərləndirilə bilər.

Qeyd edək ki, 42 yaşlı mütəxəssis basketbolçu kimi ölkəsində "Olimpiakos", PAOK, İspaniyada "Unikaxa Malaqa", "Bilbao Basket", Türkiyədə isə "Anadolu Efes" klublarında çıxış edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər