"Neftçi" və "Xəzər Lənkəran" yenə finalda...

"Neftçi" və "Xəzər Lənkəran" yenə finalda...
Bu gün Azərbaycan Kubokunun püşkü atılıb. Fanat.az xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutan mərasimdə bütün mərhələlərdə qarşılaşacaq cütlüklər müəyyənləşib.
Püşkatmanın nəticələrinə əsasən "Neftçi" və "Xəzər Lənkəran"ın yolu yenə finala qədər kəsişməyəcək. Əzəli rəqiblər sonadək irəliləsə, azarkeşlər kubokda "Böyük oyun" görə biləcək.
Qeyd edək ki, bu komandalar ötən mövsüm kubokun finalında qarşılaşıb. Əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatan qarşılaşmada qalib penalti seriyasında müəyyənləşib. Bu zaman daha dəqiq olan "Neftçi" kuboku başı üzərinə qaldırıb - 5:3.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər