"Neftçi" və "Xəzər Lənkəran" mətbuat konfransı keçirəcək

"Neftçi" və "Xəzər Lənkəran" mətbuat konfransı keçirəcək
Azərbaycan kubokunun "Neftçi" - "Xəzər Lənkəran" final oyunundan bir gün öncə - 27 may tarixdə KİV nümayəndələri üçün mətbuat konfransları keçiriləcək. 
Oyunöncəsi son məşqini 11:00-da keçirəcək "Xəzər Lənkəran"ın baş məşqçisi Con Benjamin Toşak bundan yarım saat öncə KİV nümayəndələrinin suallarını cavablandıracaq.
"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev iştirakı ilə keçiriləcək mətbuat konfransı isə 17:30-da başlayacaq. Ölkə çempionunun oyunöncəsi məşqi 18:00-a planlaşdırılıb.
PFL
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər