"Neftçi" və "Sumqayıt" başlayır

"Neftçi" və "Sumqayıt" başlayır
Bu gün daha iki Premyer Liqa klubu məşqlərə başlayacaq. Fanqat.az xəbər verir ki, XVIII turdan sonra istirahətə buraxılan "Neftçi" və "Sumqayıt" hazırlıqlara start verəcək.
"Neftçi" saat 15.00-da Nazim Süleymanovun başçılığı altında saat 15.00-da yeni ildəki ilk məşqinə çıxacaq. "Sumqayıt" isə iki saat sonra Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda hazırlıqlara başlayacaq.
Qeyd edək ki, bundan əvvəl "Xəzər Lənkəran", "Qəbələ" və "İnter" hazırlıqlara start verib. Hər üç komanda hazırda Antalyadadı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər