"Neftçi" və "Qarabağ" üçün 600

"Neftçi" və "Qarabağ" üçün 600

Topaz Premyer Liqasının XI turu Azərbaycan çempionatlarında ən çox oyun keçirən 2 klub üçün əlamətdar olacaq. Fanat.az xəbər verir ki, bütün yarışlarda güclülər dəstəsində çıxış etmiş "Neftçi" və "Qarabağ" qarşıdakı turda 600-cü matçına çıxacaq. 

22-ci mövsümündə 600-ü "fəth edəcək" hər iki komanda yubiley matçını səfərdə keçirəcək. "Neftçi" "Şəfa"da "Simurq"un, "Qarabağ" isə Lənkəranda "Xəzər Lənkəran"ın qonağı kimi 600-ə çatacaq.

Topaz Premyer Liqasının şərikli liderləri olan yubilyarlar 1992-ci ildən indiyədək keçirdikləri 599 matçın yarısından çoxunda qalib gəlib. "Neftçi" qələbə, qol və xal sayında daha üstündü.

Komanda

O

Q

H/H

M

T/F

X

Neftçi  (Bakı)

599

363

131

105

1104-399

1220

Qarabağ  (Ağdam)

599

314

143

142

856-506

1085

294-cü dəfə səfərdə oynayacaq “Neftçi” öz meydanında da eyni sayda oyuna çıxıb. “Qarabağ” isə öz meydanında 293 dəfə oynayıbsa, 295-ci səfərə yollanacaq. Hər 2 komanda neytral meydanlarda 12 görüş keçirib.

Hər iki komanda ilk matçını 1992-ci ilin mayında keçirib. “Qarabağ” ayın 3-də Sabirabad “İnşaatçı”sı ilə ev oyununda uduzub - 1:2. “Neftçi” isə 5 gün sonra Sumqayıt “Xəzər”ini 1:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, çempionatda ən çox oyun keçirən 3-cü komanda “Turan”dı - 584 matç.

pfl.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər