"Neftçi" Varqasla bağlı qeyri-müəyyənliyə nöqtə qoydu - Detallar bəlli oldu

"Neftçi" Varqasla bağlı qeyri-müəyyənliyə nöqtə qoydu - Detallar bəlli oldu

"Neftçi" venesuelalı yarımmüdafiəçi Freddi Varqasla bağlı uzun müddət davam edən qeyri-müəyyənliyə son qoyub.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, ötən mövsüm icarə əsasında formasını geyindiyi "ağ-qaralar"ın heyətində parlaq çıxışla yadda qalan legioner yaxın 3 gündə Azərbaycanda olacaq.

Bakı təmsilçisi onun klubu "Makkabi" (Netanya) ilə apardığı danışıqları müsbət yekunlaşdırıb və Varqasın transfer hüquqlarına yiyələnib. 27 yaşlı oyunçunun 2+1 illik müqaviləyə imza atacağı gözlənilir.

Varqas Venesuela millisinin heyətində son olaraq bu ilin martında DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsində Ekvador yığması ilə matça çıxıb. Ölkəsinin "Deportivo Lara" klubunun yetirməsi olan Freddi daha öncə ABŞ-də də legioner həyatı yaşayıb. Geridə qalan mövsümdə "Neftçi"nin heyətində Misli Premyer Liqasında 31 matça çıxan orta xətt oyunçusu 5 qolla yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 900 min avro məbləğində dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər