"Neftçi" uğursuz start seriyasına son qoydu

"Neftçi" uğursuz start seriyasına son qoydu

"Neftçi" Misli Premyer Liqasında uğursuz start seriyasına son qoyub.

Fanat.Az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, ardıcıl 3 mövsümə qələbəsiz başlayan Bakı klubu I turda səfərdə "Sumqayıt"a 3:1 hesabı ilə qalib gəlib.

"Ağ-qaralar" sonuncu dəfə 2022/2023 mövsümünə qələbə ilə başlayıb. Həmin vaxt paytaxt təmsilçisi səfərdə "Şamaxı"nı 1 qolla məğlub edib.

"Neftçi"nin ilk turda ən azı 3 qol vurması isə sonuncu dəfə 2013/2014 mövsümündə qeydə alınıb. 13 il əvvəl paytaxt derbisində AZAL üzərində 4:1 hesablı ev qələbəsi əldə olunub.

Qeyd edək ki, Bakı klubu startdakı səfər görüşündə 3 və ya daha çox qol vurmağı sonuncu dəfə 25 il əvvəl bacarıb. 2001/2002 mövsümündə "Ümid"in qonağı olan "Neftçi" 4 cavabsız qolla qalib gəlib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər