"Xəzər Lənkəran" bu gün daha istəklif görünürdü və layiqli qələbə qazandı. "Neftçi" sanki kuboklara doymuş kimi oynayırdı. Fikrimcə, nəticə ədalətli oldu". Bu sözləri Fanat.az-a açıqlamasında "Neftçi"nin prezidenti Sadıq Sadıqov deyib.
Klub rəhbəri baş məşqçi səlahiyyətlərini icra edən Tərlan Əhmədovla yollarını ayıracaqlarını bildirib: "Tərlan Əhmədov mənim ən çox sevdiyim məşqçilərdən biridi. Böyükağa Hacıyevin gedişindən sonra ona şans vermişdik. Yəqin özü də artıq "Neftçi"nin uğurunu fikirləşməli olduğumuzu başa düşür. Tərlan Əhmədova böyük hörmətim var. Yəqin ki, "Neftçi"yə yeni baş məşqçi gələcək. Amma bu məsələyə şuranın iclasından sonra aydınlıq gələcək".
Sadıqov yeni baş məşqçinin yerli mütəxəssis olacağını bildirib: "Mən əvvəlcədən demişəm ki, "Neftçi"ni yerli mütəxəssis çalışdıracaq".
Əməkdaşımızın "Nazim Süleymanovun baş məşqçi olmaq şansı nə qədərdi" sualına Sadıq bəy "42-43 faiz" cavabını verib.
Fanat.az