"Neftçi"nin məşqçilər korpusu - Tərlan Əhmədov, Bəxtiyar Musayev və Kamal Quliyev bu gün istefa ərizələrini Sadıq Sadıqova təqdim ediblər. Fanat.az xəbər verir ki, klub prezidenti artıq onlarla bağlı qərarını verib.
Sadıqov hər üç məşqçinin istefa ərizələri qəbul edib. "Neftçi" rəhbərliyi istefa vermiş məşqçilərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Fanat.az