Oktyabrın 23-də Naxçıvanda baş tutacaq Super Kubok matçını idarə edəcək baş hakim məlum olub. Fanat.az xəbər verir ki, "Xəzər Lənkəran" - "Neftçi" qarşılaşması FIFA referisi Rəhim Həsənova həvalə edilib.
Ona təcrübəli hakimlərin yardım edəcəyi gözlənilir. Tam siyahını da tezliklə diqqətinizə çatdıracağıq.
futbolinfo.az