AFFA-nın və Futbol Veteranları İttifaqının təşkilatçılığı ilə veteran futbolçular arasında Azərbaycan çempionatında ilk turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, birinci turun görüşləri Sumqayıtda yerləşən yeni meydançada baş tutub.
Altı komandanın iştirak etdiyi turnir iki yarımqrupda keçirilib. Birinci qrupda "Sumqayıt"ın veteran futbolçuları, Milli Məclisin nümayəndələri və Gəncənin veteran futbolçuları yer alıb. İkinci qrupda isə "Neftçi", Masallı və Naxçıvanın veteran futbolçuları üz-üzə gəlib.
Qrupları lider kimi başa vuran "Sumqayıt" və "Neftçi" finala yüksəlib. Həlledici görüşün əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penalti seriyasında daha dəqiq olan "Neftçi"nin veteran futbolçuları ilk turun qalibi olub.
Fanat.az