"Neftçi" "Sumqayıt"a qadağa qoyub. Fanat.az xəbər verir ki, paytaxt klubu bu komandada çıxış edən futbolçularının oynamasına icazə verməyib.
Belə ki, "Neftçi" saat 17.00-da "Sumqayıt"la oyuna çıxacaq. Paytaxt təmsilçisi sumqayıtlılara icarəyə verdiyi futbolçuların müqaviləsinə xüsusi bənd salıb. Həmin bəndə əsasən "Neftçi" icazə vermədiyi halda bu oyunçular doğma komandalarına qarşı rynaya bəlməz.
"Neftçi" meydana tam heyətlə çıxa bilməyəcək. Belə ki, Flavinyo, Mahir Şükürov və Denis Silva cəza, Melvin Platye səhhətindəki problem üzündən oyunu buraxacaq. Bu səbəbdən "ağ-qaralar" "Sumqayıt"dakı yetirmələrinin - Kərim Diniyev, Slavik Alxasov, Ruslan Qurbanov və Elşən Abdullayevin oynamasına qadağa qoyub. Belə olan halda "Sumqayıt" "18-liy"ə cəmi 15 futbolçunun adını daxil edə bilib.
Fanat.az