"Neftçi" - "Sumqayıt": 8:1-dən 1 il sonra - STATİSTİKA

"Neftçi" - "Sumqayıt": 8:1-dən 1 il sonra - STATİSTİKA
Premyer Liqanın XV turunda "Neftçi" "Sumqayıt"ın qonağı olacaq. Fanat.az xəbər verir ki, tərəflər 6-cı dəfə qarşı-qarşıya gələcək.
"Neftçi" "Sumqayıt"la oyunlarda üstünlüyə malikdi. Belə ki, "ağ-qaralar" 3, "gənclik şəhəri" təmsilçisi 1 qələbə qazanıb. Bakı və Sumqayıt klublarının son matçı 0:0 hesabı ilə başa çatıb.
Əvvəlki 5 matçda ümumilikdə 21 qol vurulub. Lakin həm məhsuldarlıq, həm də bakılıların üstünlüyü paytaxtda baş tutan görüşlərlə bağlıdı. “Ağ-qaralar” əvvəlki ev oyunlarında böyükhesablı qələbələr qazanıb. Ən məhsuldar oyunr isə təxminən 1 il əvvəl - ötən ilin 17 noyabrında baş tutub. Həmin matçda "Neftçi" 8:1 hesablı qələbəyə sevinib.
Sumqayıt (Sumqayıt) - Neftçi (Bakı)  
+1=1-3, top fərqi 4-17

21.08.2011

Neftçi (Bakı) - Sumqayıt Şəhər

4:0

15.02.2012

Sumqayıt Şəhər - Neftçi (Bakı)

0:3

24.09.2012

Sumqayıt - Neftçi (Bakı)

3:2

17.11.2012

Neftçi (Bakı) – Sumqayıt

8:1

21.09.2013

Sumqayıt - Neftçi (Bakı)

0:0

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər