"Neftçi" qrup birincisi kimi Marsel mərhələsinin 1/4 finalına vəsiqə qazandı

"Neftçi" qrup birincisi kimi Marsel mərhələsinin 1/4 finalına vəsiqə qazandı

3 iyul 3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Marsel (Fransa) mərhələsinin ilk oyun gününün görüşləri keçirilib.

Fanat.Az xəbər verir ki, ölkəmizi bu mərhələdə təmsil edən "Neftçi" klubu ilk qrup oyununda Macarıstan yığmasını əlavə vaxtın sonunda 19:18, ikinci qrup oyununda isə Slovakiya millisinə 21:14 hesabı ilə qalib gəlib və qrup lideri olaraq 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, "Neftçi", bu mərhələdə C qrupunun ikincisi ilə qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər