"Neftçi" Piriçlə bağlı yekun qərarını verdi

"Neftçi" Piriçlə bağlı yekun qərarını verdi

"Neftçi" rəhbərliyinin qapıçı Kenan Piriçlə bağlı mövqeyi bəllidir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "ağ-qaralar" bosniyalı qolkiperin əsas "çərçivə" qoruyucusu qismində komandada qalmasını uyğun variant saymır.

Müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan Piriç özünə klub tapacağı halda, anlaşmasına qarşılıqlı razılıq əsasında xitam veriləcək. 

Cari mövsüm "Neftçi" formasında 29 rəsmi matça çıxan Piriç 31 qola üzülüb. O, 10 oyunda qapısını toxunulmaz saxlaya bilib.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər