"Neftçi" kuboku da qazandı

"Neftçi" kuboku da qazandı

Bu gün Azərbaycan kubokunun final oyunu keçirilib.

Qol.Az-ın həlledici görüşdə çempion "Neftçi" ilə "Xəzər Lənkəran" qarşılaşıb. Bu oyunla 2012/13 mövsümünə yekun vurulub. "Böyük oyun" adlanan bu qarşılaşma rəqiblər arasında 28-ci duel olub. İndiyədək baş tutan 27 görüşdə daha çox heç-heçə qeydə alınıb. Belə ki, bu matçların 11-də qalib müəyyənləşməyib. Komandalar isə hərəyə 8 dəfə qalib gəlməyi bacarıb. Bugünkü qarşılaşma həm də bu komandalar arasında ilk final oyunu olması ilə əlamətdar olub. 

Oyunun əsas və əlavə vaxtında hesab açılmayıb. Penaltilər seriyasında isə "Neftçi" 4:3 hesabı ilə qalib gələrək "qızıl dubl"a imza atıb: cari mövsümdə həm çempion olub, həm də kuboku qazanıb.

Azərbaycan kuboku, final oyunu

28 may

20:00. "Neftçi" - "Xəzər Lənkəran" -  0:0 (4:3 - penaltilər seriyasında)

"Neftçi": Kanales +

Bertuççi +

Flavinyo +

Şükürov +

Sadiqov +

"Xəzər Lənkəran": Sialmas - (qapıçı)

Ramazanov + 

Əmirquliyev +

Toumkara +

Baş hakim:  Əliyar Ağayev

Baş hakimin köməkçiləri: Vaqif Musayev, Namiq Hüseynov

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Orxan Məmmədov

Dördüncü hakim:  Vüsal Əliyev 

“Neftçi”: 30. Saşa Stamenkoviç, 3. Denis Silva Kruz , 6. Rəşad Sadiqov (k), 9. Flavio Aleks Valensio, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Fabian Ramos, 16. Bruno Bertuççi , 17. Araz Abdullayev, 22. Mahir Şükürov, 32. Elvin Yunuszadə

Ehtiyat oyunçular: 12. Emil Balayev, 2. Jose Luis Kabion, 4. Tərlan Quliyev , 8. Elşən Abdullayev , 14. Bahodir Nasimov, 19. Mirhüseyn Seyidov, 28. Emin Mehdiyev

“Xəzər Lənkəran”: 30. Toni Doblas, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 5. Elnur Allahverdiyev, 8. Eder Bonfim , 10. Elnur Abdullayev , 14. Rahid Əmirquliyev (k), 21. Radomir Todorov , 27. Adrian Skarlatake ,55. Ağabala Ramazanov , 99. Marin Orsuliç

Ehtiyat oyunçular: 25. Orxan Sadıqlı, 7. Sadio Tounkara , 9. Uğur Pamuk, 11. Dmitrios Sialmas, 17. Kazım Kazımlı , 20. Akif Tağıyev, 42. Kamran Abdullazadə

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər