"Neftçi" Çini də məğlub edib 1/4 finala yüksəldi

"Neftçi" Çini də məğlub edib 1/4 finala yüksəldi

"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Filippinin paytaxtı Manilada keçirilən Dünya Seriyasının mərhələsində 1/4 finala vəsiqə qazanıb.

Fanat.Az xəbər verir ki, "ağ-qaralar" B qrupunda keçirdiyi hər iki oyunda qalib olub.

Ratomir Deliçin çalışdırdığı kollektiv Polşanı 22:14, Çini isə 19:17 hesabı ilə yenib.

Azərbaycan təmsilçisi 1/4 finalda sabah Bakı vaxtı ilə saat 12:15-də Monqolustan yığması ilə qarşılaşacaq.

Turnir mayın 8-də başa çatacaq.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər